Avstraliyada iki təyyarə toqquşub, 4 nəfər ölüb

19 Fevral 2020 20:20 (UTC+04:00)

Avstraliyanın Viktoriya əyalətində Manqalor şəhəri yaxınlığında kiçik tutumlu iki təyyarə toqquşub. Hadisə nəticəsində azı dörd nəfər ölüb. RİA Novosti xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının nümayəndələri, təcili xilasetmə xidməti cəlb olunub.

"Qəzadan əvvəl iki təyyarənin havada toqquşmasına dair sübutlar var. Təyyarələrin hər birində iki nəfər olub, onlar hadisə yerində ölüblər", - məlumatda bildirilib. Hadisə ilə bağlı araşdırma aparılır.