Afinada nəqliyyat iflic olub

19 Fevral 2020 18:49 (UTC+04:00)

Afinada ictimai nəqliyyat işçilərinin 24 saatlıq aksiyası şəhərdə nəqliyyatı iflic edib. SİA xəbər verir ki, uzun növbələr yaranıb, avtobus, trolleybus, metro fəaliyyətini dayandırıb. Gəmilər limanlarda qalıb.

Etiraz aksiyasına səbəb 2019-cu ilin mayında SİRİZA partiyası tərəfindən qəbul edilən 13-cü maaşla bağlı qanunun hazırkı hökumət tərəfindən ləğv edilməsi, yeni qalmaqallı “Sosial müdafiə qanunu”nun qəbul edilməsidir.