Paşinyanın Münhen rüsvayçılığı erməni mətbuatında TƏHLİL

19 Fevral 2020 17:38 (UTC+04:00)

Münhendə Paşinyanın məntiqsiz, savadsız, aciz, yarıtmaz çıxışını dinləyən hər kəs istər-istəməz düşünürdü ki, Ermənistanın baş naziri müharibənin məğlub, xəcalətli və itirən tərəfini təmsil edir. Erməni xalqının həmin debatlarda yaşadığı utanc sayəsində Paşinyan təkcə siyasi rəqibləri tərəfindən deyil, həm də öz həmvətənləri tərəfindən də sərt tənqid olunur və işğalçı dövlətin hökumət başçısını tənqid edənlərin ordusu bir qartopu kimi böyüməkdə davam edir.

Ermənilər özləri də etiraf edirlər ki, bir vaxtlar Sarkisyanın cinayətkar-oliqarxik anti-xalq rejiminin devrilməsini səmimi qarşıladılar və yeni hökumətin Ermənistanda həyatı daha yaxşı, daha dolğun və təhlükəsiz edəcəyinə ümid etdilər. Ermənilər təəssüf hissi keçirirlər ki, təxminən 2 ildə həyatlarının yaxşılaşması əvəzinə daha da çətinləşib, mürəkkəbləşib və hətta beynəlxalq aləmdə də məğlubiyyətləri artıb. Səbəb olaraq onlar bir küçə nümayişçisinə, onun populist çıxışlarına aldandıqlarını deyirlər və bu mənada haqlıdırlar da.

Paşinyan və onun hökuməti ilə yalnız Ermənistan daxilində deyil, beynəlxalq aləmdə lovğalanacaq heç nə olmadığı etiraf olunur indi Ermənistanda. Etiraf olunur ki, görüşlərdə Paşinyan daim yaxşı görünmür. Bu adamın nüfuzlu beynəlxalq məkanlarda özünü göstərə bilməyəcəyi dərhal bəlli olur deyə bir fikirdədir indi bütün ermənilər. İndi az qala bütün ermənilər Paşinyana qarşı ayağa qalxıblar və ona deyirlər ki, sosial şəbəkələrdə, yaxud Ermənistanın küçələrində hay-küy salmaq, yaxa cırmaqla beynəlxalq platformalarda ölkəsini təmsil etmək arasında yerdən göyə qədər fərq var və bu Nikola görə deyilmiş. Sübut olaraq ən azından sonuncu dəfə Münhendəki rüsvayçılığını da nümunə gətirirlər.

Hətta ermənilər Azərbaycan Prezidentinin ingilis dilində mükəmməl danışdığını da etiraf edərək kəkələdiyini də öz baş nazirlərinə irad tuturlar. Yəni təkcə dünya ictimaiyyəti deyil, ermənilər özləri də etirad etmək məcburiyyətindədirlər ki, erməni baş nazir Paşinyan Azərbaycan Prezidenti Cənab İlham Əliyevdən hər mənada dəfələrlə aşağı, dəfələrlə zəif, dəfələrlə savadsız, məlumatsız və aciz vəziyyətdə idi ki, bu onun məhz rüsvayçılığı anlamına gəlir. İndi ermənilər açıq aşkar etiraf edirlər ki, baş nazirlərinin acınacaqlı şəkildə ingilis dilində uyğun sözləri necə axtardığını görmək bütün ermənilər üçün olduqca ağrılı idi. Belə bir nüfuzlu platformada dövlət başçısının belə hərəkət etməməsi bir növ ermənilərin yarasına bir az da duz basıb.
Ermənilərin yuxusunu əslində ərşə çəkən daha vacib məqam Paşinyanın Azərbaycan Prezidentinin hücumlarına lazımi və səriştəli cavab verə bilməməsi, onun qarşısında imtahan verən şagirdə bənzəməsidir. Nəinki zalda iştirak edənlərin, hətta bütün dünyanın gözü qarşısında Paşinyanın istər ingilis dilində söz axtarışına çıxması, tapdıqlarını da qeyri-səlist kəkələməsi bir yana, mifik qəhrəmanlara istinadə etməsi, heç bir məntiqə uyğun olmayan cavablar verməsi erməniləri tamamilə özündən çıxarıb və demək olar ki, bu toplum bir neçə gündür özünə yer tapa bilmir. Həmin toplumun sıxıntılarını ölkələrindəki media məkanında görmək heç də çətin deyil.

Ermənistan mətbuatı açıq şəkildə etiraf edir ki, Azərbaycan Prezidenti Münhendə Paşinyan və ümumiyyətlə Ermənistan üzərində mükəmməl qələbəyə imza atdı və bu görüşdə diplomatik qələbə qazandı. Eyni zamanda ermənilər özləri belə Paşinyan komandasının, onu yalandan tərif edənlərin bir sıra cəfəngiyyat təriflərini də gülməli hesab edir. Hətta Ermənistana məxsus mətbuat səhifələrində sual olunur ki, doğrudanmı hakimiyyətdə bu cür savadsızın, Paşinyan kimi aciz birisinin nüfuzunu qorumağa ümid edən axmaqlar varmı? Eyni zamanda sual olunur ki, yoxsa onlar kor və kar olduqlarını və heç nə görmədiklərini iddia edirlər?

Bir sözlə, Paşinyan indi hamıdan çox elə ermənilərin özlərinin hədəfinə çevrilib və bir növ küçə nümayişçisinin yalanlarının üstünü açan, onun bir heç olduğunun növbəti dəfə şahidi olan, onun özü tərəfindən aldadılmış olduğunu dərk edən rəzil bir xalq baş nazirini hədəfə alıb. Çünki, meydanlarda verdiyi yalançı vədlərinə inanan, küçə nümayişçisinin arxasınca gedən, dövlət çevrilişi yolu ilə ona baş nazir kürsüsünü bağışlayan xalq, erməni xalqı Paşinyanın Münhen rüsvayçılığını, nəticədə isə öz rüsvayçılığını həzm edə bilmir.