Bu rayonda su olmayacaq

19 Fevral 2020 17:18 (UTC+04:00)

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün gecə saatlarınadək Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq. SİA xəbər verir ki, bu barədə "Azərsu" Açıq Səhimdar Cəmiyyətindən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.