Daha bir kənd sakini istixana ilə təmin edilib

19 Fevral 2020 16:34 (UTC+04:00)

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən daha bir kənd sakininə istixana təhvil verilib. SİA xəbər verir ki, Füzuli rayon sakini İsmayılov Xaləddin istixananı bu gün təhvil alıb.

Qeyd edək ki, kənd sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə ötən ilin noyabr ayında müraciət edib və təlimdən keçdikdən sonra istixana ilə təmin edilib. Bildirək ki, 200 kvadratmetrlik istinaxanada bostan məhsulları əkiləcək və gələcəkdə ərazidə digər məhsulların da əkilməsi nəzərdə tutulur.