Bakı sakininin çantası oğurlandı

19 Fevral 2020 16:27 (UTC+04:00)

Paytaxt sakini X.Bərdazinin çantasını oğurlamaqda şübhəli bilinən Ş.Qarayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da paytaxt sakini X.Bərdazinin içərisində 220 manat, 120 ABŞ dolları və 200 dirhəm pul olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Qarayev saxlanılmışdır.