"ABŞ İranla hər an danışmağa hazırdır, amma ..." Pompeo

19 Fevral 2020 16:20 (UTC+04:00)

ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeo bəyan edib ki, Vaşinqton İranla “hər an” danışıqlar aparmağa hazırdır, lakin İslam Respublikasının hakimiyyəti davranışlarını əsaslı şəkildə dəyişdirməlidir. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

O əlavə edib ki, İrana maksimum təzyiq göstərmək kampaniyası davam edəcək.

“Biz tələsmirik. Təzyiq kampaniyası davam edir. Bu, yalnız iqtisadi təzyiq deyil, bu həm də diplomatiya ilə də təcriddir”,- deyə ABŞ Dövlət Departamentinin sədri qeyd edib.