Keçmiş məhkum avtobusdan oğurluq etdi

19 Fevral 2020 16:02 (UTC+04:00)

Xətai rayonu ərazisində soyğunçuluq törətməyə cəhd göstərən Tovuz rayon sakini S.Əhmədov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 17-də Xətai rayonu ərazisində xətt avtobusunda soyğunçuluq yolu ilə 50 manat pulu götürüb qaçmağa cəhd göstərən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş S.Əhmədov 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun fevralın 6-da digər bir xətt avtobusundan açıq qapıdan girmək yolu ilə 25 manat pul oğurlaması da müəyyən edilib

Xətai RPİ tərəfindən araşdırma aparılır.