Xocalı faciəsinə həsr olunan yarışın qalibləri müəyyənləşib

19 Fevral 2020 15:28 (UTC+04:00)

Azərbaycan Budo Döyüş Növləri Federasiyası (ABDNF) və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş budo üzrə yarış keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə yarış iştirakçıları Xocalı faciəsində həlak olmuş həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra ABDNF-in prezidenti Faiq Rəfiyev və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov çıxış ediblər.

Yarışda 100-dən çox yeniyetmə və gənc döyüşçü iştirak edib. Çempionatda birinci yerə Suraxanı komandası çıxıb. Nizami ikinci, Sabunçu komandası isə üçüncü yerə layiq görülüblər.