Cocuq Mərcanlıda özünəməşğulluq proqramının icrası davam edəcək

19 Fevral 2020 14:38 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Məşğulluq idarəsi tərəfindən özünəməşğulluq prossesi davam etməkdədir". Bunu SİA-ya açıqlamasında Dövlət məşğulluq xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqizi deyib.

O bildirib ki, proqramın əsas məqsədi aztəminatlı ailələrin eləcə də, məşğulluğu olmayan ailələrin fərdi təsərrüfatlarını təmin etmək, onlar üçün dayanıqlı gəlir mənbəyi formalaşdırmaqdir: "Bu proqramin icrası zamanı həssas qruplara, aztəminatlı ailələrə, cəbhə bölgəsində yaşayan və məcburi köçkünlərə daha çox üstünlük verilir. Bu gün cəbhəyanı ərazilərdən biri olan Füzuli-Cocuq Mərcalıya səfər etdik və özünəməşğulluq proqramından yararlanan vətəndaşlarla görüşdük. Aprel döyüşləri zamanı ordumuzun şücaəti nəticəsində minlərlə ərazini nəzarətdə saxlamağa imkan verən Lələ-Təpə yukləkliyi azad edildi və bununla da Çocuq Mərcanlıda daha təhlükəsiz həyat başladı. Vətəndaşlar yurd-yuvalarına qayıtdı. Dövlət başçısının da sərəncamı ilə bura müasir və abad məkana çevrildi".

Mətbuat katibi həmçinin statistik rəqəmləri də acıqlayib: "Cəbrayıl rayonunda 2019-cu ildə 202 nəfər işlə təmin olunub və 175 nəfər özünəməşğulluq proqramına cəlb olunub. Təkcə Cocuq Mərcanlı qəsəbəsində 25 nəfər özünəməşğulluq proqramına cəlb olunub. Vətəndaşlar öz təsərrüfatlarını böyüdüblər, heyvanların sayı artıb və artıq olar özləri üçün buradan gəlir mənbəyi də əldə ediblər. Füzuli rayonunda isə 2019-cu ildə 691 nəfər işlə təmin olunub və 245 nəfər isə özünəməşgulluq proqramına cəlb olunub. Təbii ki işlər bununla yekunlaşmır, 2020-ci il üzrə də proqramın icrası davam etdirilir. Çocuq Mərcanlıda və digər cəbhəboyu ərazilərdə layihələrin icra olunması və ozünəməşgulluq işlərinin formalaşdirması işləri davam etdiriləcək".