Honq Konq xüsusi inzibati bölgəsində yeni növ koronavirusdan ikinci ölüm hadisəsi qeydə alınıb. Fevralın 14-də 70 yaşlı xəstə dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə "SouthChinaMorningPost" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, ölən şəxs fevralın 4-də ilk koronavirus qurbanının öldüyü "Princess Margaret" xəstəxanasında müalicə edilirdi.
Ölümün dəqiq səbəbi hələ müəyyənləşdirilməyib, ancaq kişinin diabetdən əziyyət çəkdiyi və böyrək problemi olduğu bildirilir.