"Türkiyə Suriyanın şimal-qərbi üçün plan hazırlayıb" Ərdoğan

19 Fevral 2020 14:18 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri istənilən vaxt İdlibin deeskalasiya zonasında əməliyyata başlaya bilər. SİA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Ankarada hakim partiyanın parlament fraksiyası iclasında deyib.

Dövlət başçısının sözlərinə görə, Türkiyə İdlibi Bəşər Əsəd rejiminə və tərəfdarlarının taleyinə tərk etməyəcək. "Ankara, İdlibin həm Türkiyə, həm də bölgə sakinləri üçün etibarlı zonaya çevrilməsində qətiyyətlidir"-deyə, Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyanın şimal-qərbi üçün plan hazırlayıb.