Koronavirusun bölgəyə iqtisadi təsiri artır

19 Fevral 2020 09:54 (UTC+04:00)

Beynəlxalq kredit reytinq agentliyi "Moody's" koronavirusun Asiya və Sakit okean bölgəsində iqtisadi böyüməni ləngidəcəyini bildirib. SİA xəbər verir ki, bu situasiyanın mənfi təsirləri özünü turizm və ticarətdə göstərəcək.

Belə ki, bu il üçün Çinin iqtisadi artım tempi 5,8 faizdən 5,2 faizə enib. Bunun Asiyada və Sakit okeanı bölgəsində zəncirləmə effekti yaradacağı bildirilib. Bunun həmçinin Cənubi Koreyanın iqtisadi artım tempinə də təsir etməsi gözlənilir. Belə ki, Cənubi Koreyada indidən artım tempinin 2,1 faizdən 1,9 faizə endi açıqlanıb.

Belə davam etdiyi təqdirdə Cənubi Koreya banklarının daha böyük risklərlə üzləşəcəyi qeyd edilib.