Pərviz "Survivor"da qalib oldu FOTOLAR

19 Fevral 2020 09:29 (UTC+04:00)

“TV8” kanalında yayımlanan Türkiyənin məşhur “Survivor” yarışmasında iştirak edən həmyerlimiz, kikboks üzrə dünya çempionu Pərviz Abdullayev bugünki buraxılışda yüksək nəticə göstərib. SİA-nın məlumatına görə, rəqib komandanı cəldliyi və dəqiqliyi ilə məğlub edən Pərviz komandasına yemək də qazandırıb.

“Survivor” müsabiqəsinin tarixində bir ilk də yaşanıb. Yarışmaya 3 nəfər birdən vida edib.

“Ünlülər” komandasından olan Uğur Pektaş və Şaziye İvegin Üner dizlərindəki zədəyə görə, “Gönülülər” komandasından isə Makbule Karabudak çox səs toplayaraq müsabiqədən uzaqlaşdırılıblar.