Avstraliyada iki təyyarə toqquşub ölənlər var

19 Fevral 2020 09:16 (UTC+04:00)

Avstraliyanın Melburn şəhəri yaxınlığında iki təyyarə toqquşub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Melburndan 120 kilometr şimalda baş verən insident nəticəsində 4 nəfər həlak olub.

Bildirilir ki, toqquşma 120 metr hündürlükdə baş verib. Hazırda qəza yerinə polislər tərəfindən baxış keçirilir. Qəzanın səbəbləri araşdırılır.