Ötən il Ukrayna əhalisi təxminən 250 min nəfər azalıb

19 Fevral 2020 08:02 (UTC+04:00)
Ötən il Ukrayna əhalisi 250,8 min nəfər azalıb. SİA xəbər verir ki, bu barədə ölkənin Dövlət Statistika Xidməti məlumat yayıb. Bu ilin yanvarın 1-nə olan statistikaya görə, Ukraynada əhalinin sayı 41 902,4 min nəfərdir. Təkcə, ötən ilin dekabr ayında əhali 20,3 min nəfər azalıb. Ölənlərin sayının doğuş sayından artıq olması əhəmiyyətli olaraq qalır: 100 ölü üçün 53 doğuş.