Ronaldonun sevgilisi Corcina Rodriqesə aylıq nə qədər pul ayırdığı məlum olub

19 Fevral 2020 03:48 (UTC+04:00)

"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqesə aylıq nə qədər pul ayırdığı məlum olub.

SİA xarici KİV-lərə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu ona aylıq 50-100 min avro verir.

Qeyd edək ki, Rodriqes vaxtının çox hissəsini Ronaldonun Turində yaşadığı evdə keçirdiyini və uşaqlara baxdığını bildirib.

Əlavə edək ki, 35 yaşlı oyunçunun 4 övladından birinin anası məhz Corcinadır.