Mourinyo: "Mən belə düşünürəm”

18 Fevral 2020 21:30 (UTC+04:00)

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo komandasının azarkeşlərinə məyusedici xəbər verib. Portuqaliyalı mütəxəssis lider futbolçularından olan Son Hın Minin zədəsinin ciddi olduğunu söyləyib: “Hesab edirəm ki, o, mövsümün digər hissəsini buraxmalı olacaq. Mən belə düşünürəm”.

Xatırladaq ki, “Tottenhem”in mətbuat xidməti Sonun bir neçə həftə oynamayacağını yazmışdı.