Silah və sursat gəmisi məhv edilib

18 Fevral 2020 17:23 (UTC+04:00)

Haftar ordusu Tripoli limanında bir türk gəmisinin məhv edildiyini bəyan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Məlumata görə, Xəlifə Haftarın Liviya Milli Ordusu Tripoli limanında silah və sursat olan bir Türk gəmisinin məhv edildiyini açıqlayıb.
Xatırladırıq ki, bundan əvvəl yerli KİV-lər Türkiyə Hərbi Dəniz Qüvvələrinin Liviya paytaxtına əsgər və tankları təhvil verdiyini xəbər vermişdilər.