Paşinyanın savadsızlığı ifşa olundu TƏHLİL

18 Fevral 2020 16:45 (UTC+04:00)

Guya "Böyük Ermənistanın" çarı olduğu iddia edilən və ermənilərin "Böyük Tiqran" deyərək özlərinə məxsus olduğu, onlardan biri və ulu babaları kimi təqdim etdikləri Birinci Tiqranın erməni toplumuna zərrə qədər aidiyyəti yoxdur. Nikol Paşinyan bir erməni kimi hər nə varsa hamısını özününküləşdirmək xislətindən əlavə, savadsızlığını da, saxtakarlığını da bununla Münhendə ortaya qoydu. Öz nitqi zamanı tarixə ekskursiyua etmək arzusu ilə tamam yanlış yola düşən erməni baş nazir bu rakursda da özünü gülünc günə qoydu.
Əvvəla, təkcə Paşinyan yox, onunla eyni ağılda, eyni savadda olan, tarixdən xəbər olmayan bütün ermənilər heç olmasa onu da olsa nəzərə almalıdırlar ki, "Tiqran" sözünün belə ermənilərə aidiyyəti yoxdur. Dəclə çayının adından götürülən "Tiqr" sözü həmin ərazilərdə məskunlaşan midiyalıların dilində "ox kimi iti"( tiqris) anlamına gəlir. Yəni, bu ad belə ermənilərə məxsus deyil. Digər tərəfdən, birinci Tiqran Əhəmənilər sülaləsindəndir və onu erməni əsilli adlandırmaq üçün ən azından Paşinyan qədər tarixdən məlumatsız və savadsız olmaq lazımdır.
Bu boyda Qafqazda, ermənilərin izinin-tozunun olmadığı bir vaxtda ermənilərə aidiyyatı belə olmayan hansısa fatehdən, hökmdardan istifadə etməklə erməni izini sübut etmək olmaz. Bu barədə söz tarixçilərə məxsusdur və onlar kimin harada və necə olduğunu yazıblar. Məsələn, Qafqazın tarixinə toxunan məşhur Heredot, bu ərazilərdə yalnız farsların və midiyalıların hökmranlıq iddiasında olduğunu yazır. Məşhur tarixçinin qeydlərində bu ərazilərdə nəinki erməni adında bir toplum, hətta üçüncü bir dövlət haqqında heç nə yoxdur. Məsələ burasındadır ki, dövlət kimi də deyil, hətta tayfa olaraq ermənilərin adı heç bir yerdə işlədilmir. Nümunə üçün qeyd etmək olar ki, Strabon Qafqaz ərazisində yaşayanlardan bəhs edərkən 26 tayfanın adını çəkir və Paşinyan bilməlidir ki, bu adlar içərisində də ermənilər, yaxud erməni dilində nə isə yoxdur.
Paşinyanın dediyi "Great Armenia" adında dövlət və onun dırnaqarası tarixi möhtəşəmliyi məsələsi isə hədsiz dərəcədə gülünc səslənir. Münhendə görüş zamanı Ermənistanın baş naziri həmin o qondarma "Great Armenia" ilə Roma imperiyasının döyüşdüyünü də utanmadan dedi. Amma, həqiqətən də Roma imperiyasının sərkərdələri belə Münhendə Paşinyanın dediklərinə görə və hətta onun yerinə utanardı. Hətta ehtiyat edərdilər ki, bu dəqiqə Nikol Paşinyan Roma imperiyasının barbarların deyil, ermənilərin hücumu ilə süquta uğradığını da yalandan deyə bilər. Bu isə onlar üçün süquta uğramaqdan da, ölümdən də betər olardı.
Ermənilərin tarixi barədə cəfəngiyyatlar çoxdur və bu cəfəngiyatları onların öz tarixçiləri uydurur və ola bilsin Paşinyan tarix əvəzinə uydurmalar kitabını oxuyub. Çünki, erməni tarixçiləri yox, erməni uydurmaçıları bir zamanlar Qədim Roma Senatında ermənilərin romalılarla yanaşı əyləşmək hüququ olan yeganə xalq olduğunu uydururlar. Bu uydurmaçılar erməniləri böyük xalq kimi şişirtməyə, ərazilərinin isə az qala bütün dünya boyda olduğunu sübut etməyə, sırımağa çalışırlar. Halbuki, bir çox mənbələrdə ermənilər qaraçı tayfalarının bir şəcərəsi kimi təqdim edilir. "Böyük Sovet Ensiklopediyası"nda da, sovet imperiyası dövründə çap olunan "Dünya Ölkələrinin Xalqları" kitabında da ermənilər qaraçı tayfalarının bir şəcərəsi kimi göstərilir.
Məsələ burasındadır ki, Paşinyandan fərqli olaraq, az-çox ağlı başında olan erməni və onun tarixçisi onlara məxsus acı həqiqətləri etiraf ediblər. Məsələn, orta əsr erməni tarixçisi Moisey Xorenasi, öz haylarının kiçik, azsaylı, zəif və başqalarının hakimiyyəti altında yaşayan xalq olduğunu etiraf edir. Bir çox mənbələrdə ermənilərin gəlmə olduğu qeyd olunur və əsasən onların Assuriyadan gəldiyi bildirilir. Yəni bu o deməkdir ki, Paşinyanın Münhendə dedikləri, Qafqazda ermənilərin yerli əhali olaraq yaşamaları iddiaları cəfəngiyyatdır və bu öz təsdiqini bütün dəqiq mənbələrdə tapır.
Ermənilər, başda da onların baş naziri, ya məruz qaldıqları deqradasiya səbəbindən, ya da bilərəkdən tarixi absurd fikirlər səsləndirirlər. Bəzən hətta Münhendə olduğu kimi qarışdırırlar. Bəlkə də qarışdırmaqla bir növ fikirləri çaş-baş salmağa çalışırlar. Çünki, hardansa Qafqaza köçüb gələn erməni hökmdarı Tiqran, Əhəmənilərdən olan fateh Birinci Tiqran deyil və eyni adlı olduğuna görə bundan istifadə etmək ancaq erməni hiyləgərliyinin məhsulu ola bilərdi.
Münhendə ölkə başçımızın, Cənab İlham Əliyevin dediyi kimi, ermənilər iki yüz ildir ki, xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə siyasət yürüdür və məqsədləri azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək, mifik "Böyük Ermənistan" dövləti yaratmaqdır. Əslində, mifik "Böyük Ermənistan" bir yana, hazırki Ermənistan əraziləri belə ermənilərin vətəni deyil. Bunların ümumiyyətlə, elə qaraçıların digərləri kimi vətəni yoxdur və hələ də vətən axtarışındadırlar. Əbəs yerə deyildi ki, Cənab Prezident İlham Əliyev Münhendə görüş zamanı dedi ki, ermənilər getsinlər müqəddaratlarını yer kürrəsinin istənilən yerində təyin etsinlər, amma Azərbaycanda yox. Ölkə başçımızın bu fikri bir çümlə ilə erməni tarixini də, onun missiyasını da, məqsəd və məramlarını da ifşa etdi. İfşa olundu ki, ermənilər ərazi arzusunda və iddiasındadırlar və Paşinyan bu arzuları, bu iddiaları səsləndirən savadsız bir marianetdir.