Avtomobili ağaca çırpan sürücü öldü

18 Fevral 2020 12:05 (UTC+04:00)

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fevralın 18-də saat 1 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Gəncə şəhər sakini Elşən Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.