Tolik indi də Sevil-Sevincin torpağını əlindən aldı

18 Fevral 2020 12:12 (UTC+04:00)

Müğənnilər Sevil və Sevinc Səfərovalar Mərdəkanda yerləşən torpaq sahələrini satıblar. SİA-nın məlumatına görə, bu haqda prodüser-aparıcı Tarix Əliyev (Tolik) deyib: "Sevil və Sevinc Mərdakanda yerləşən torpaqlarını satdılar, mən də aldım. Torpaq görəndə dayana bilmirəm, alıram. İndi bilmirəm orada nə tikdirim".

Qeyd edək ki, əkizlər bir neçə il əvvəl şəhərin müxtəlif yerlərində bir neçə evləri olduğunu açıqlamışdılar.