"Sədərək"dəki yanğında 9 nəfərə yardım göstərilib RƏSMİ

18 Fevral 2020 09:57 (UTC+04:00)

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın nəticəsində 9 nəfərə hadisə yerində yardım göstərilib. Bu barədə SİA-ya “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib.

Məlumata görə, hadisə yerinə 5 təcili yardım briqadası göndərilib. Yanğın zamanı başından xəsarət (travma) alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.