Rusiyada övladını internet üzərindən satmaq istəyən anaya həbs cəzası verilib

18 Fevral 2020 05:08 (UTC+04:00)

Rusiyada övladını internet üzərindən satmaq istəyən Lyudmila Nefedova adlı qadın azadlıqdan məhrum edilib.

SİA "Sputnik"ə istinadən xəbər verir ki, Moskva məhkəməsi insan alveri ilə məşğul olan 24 yaşlı qadına 4 il yarım həbs cəzası verib.

Qeyd edək ki, əslən qırğız olan Lyudmila Nefedovanın 3 övladı var. Ana həbs olunduqdan sonra övladları nənəsinin himayəsinə verilib.