İlkin Həsəni: "ATV telekanalının əməkdaşı deyiləm" AÇIQLAMA

18 Fevral 2020 09:22 (UTC+04:00)

Deyilənlərə görə, aktyor-aparıcı İlkin Həsəninin parlament seçkilərini tənqid etdiyinə görə “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətindən çıxarılıb.

Sözügedən məsələ ilə bağlı olaraq aparıcı SİA-ya açıqlama verib: "Sosial şəbəkələrdə haqqımda yayılan məlumat həqiqəti əks etdirmir. Nəzərinizə çatdırım ki, mən 5 ilə yaxındır ki, ATV telekanalının əməkdaşı deyiləm. Öz ərizəmlə rəsmi olaraq işdən ayrılmışam. Hazırda isə film, serial, reklam istehsal edən şirkət "İLK Media"-da direktor vəzifəsində çalışıram. Müdirim də İlkin Həsənidir, yaxşı insandır, maaşı gecikdirmir (gülür). Onu da qeyd edim ki, mənə aktyor yox, aparıcı İlkin Həsəniyəm".