Türkiyənin İstanbul şəhərində İrandan gələn 4 dələduz yaxalanıb

18 Fevral 2020 04:02 (UTC+04:00)
Türkiyənin İstanbul şəhərində İrandan gələn dələduz şəbəkə yaxalanıb. SİA "CNN-Türk" televiziyasına istinadən xəbər verir ki, Tekirdağ vilayətinin Mərmərə Ereğlisi rayonunda özlərini polis kimi tanıdan 4 İran vətəndaşı Makedoniya vətəndaşlarını qarət ediblər. Yerli polisin keçirdiyi əməliyyat nəticəsində İran vətəndaşları İstanbulda həbc edilib.