İtaliya çempionatında 24-cü tur "Milan"ın qələbəsi ilə başa çatdı

18 Fevral 2020 02:09 (UTC+04:00)

İtaliya A Seriyasında 24-cü tura yekun vurulub.

SİA xəbər verir ki, son oyun günündə bir görüş keçirilib. "Milan" öz meydanında "Torino" ilə qarşılaşıb. Son vaxtlar inamlı çıxışı ilə yadda qalan "qırmızı-qaralar" bu görüşdən də qələbə ilə ayrılıb - 1:0.



17 fevral

"Milan" – "Torino" - 1:0
Qol: Rebiç, 25.

Bu qələbə ilə xalını 35-ə çatdıran "Milan" 8-ci pilləyə yüksəlib. "Torino" 27 xalla 14-cüdür. Turnir cədvəlinə 57 xalla "Yuventus" başçılıq edir. "Latsio" 56 xalla 2-ci, "İnter" 54 xalla 3-cüdür.