Xəzər rayonunda villa gözətçisi dəm qazından zəhərlənib

18 Fevral 2020 00:26 (UTC+04:00)

Bakının Xəzər rayonunda hamam otağında bir nəfər zəhərlənib.

SİA xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.

Pirşağı qəsəbəsində villada gözətçi işləyən 1974-cü il təvəllüdlü Quliyev Arif Qoca oğlu evin hamam otağında dəm qazından zəhərlənib.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.