Xəzər rayonunda qayınata və kürəkən bıçaqlanıb

18 Fevral 2020 00:03 (UTC+04:00)

Bakının Xəzər rayonunda iki nəfəri bıçaqlayıblar.

SİA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Yeni Binə yaşayış massivində 1965-ci il təvəllüdlü Həsənov Azər Vəlixan oğlu və onun kürəkəni Əhmədov Elçin Mikayıl oğlu küçədə gedərkən naməlum şəxslər avtomobildən düşərək onlarla əlbəyaxa dava edib. Nəticədə A.Həsənov və E.Əhmədov bıçaqlanıb.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.