Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin "Sabah"a keçidi rəsmiləşib. Klubun saytında yer alan məlumatda deyilir ki, 23 yaşlı futbolçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. Şeydayev “Sabah”da 99 nömrəli formada çıxış edəcək.
Şeydayev Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin bu ölkənin 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü olub. 2016-cı ildən Azərbaycan yığmasının şərəfini qoruyan Ramil, əsas millimizdə keçirdiyi 26 oyunda 4 qola imza atıb.