"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubdakı gələcəyi ilə bağlı açıqlama verib. "Sky Sports" xəbər verir ki, o bildirib ki, İngiltərə təmsilçisi iki mövsümlük avrokuboklardan uzaqlaşdırılmasına baxmayaraq, komandadan ayrılmağı düşünmür: "Hansı liqada olmağımızdan asılı olmayaraq, burada qalacağam. İkinci liqaya göndərsələr də, ayrılmayacağam. İndi birlikdə olmaq zamanıdır".