Bakıda ölümlə nəticələnən yol qəzası olub

17 Fevral 2020 19:34 (UTC+04:00)

Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi rayonunun A.Mustafayev küçəsində yolu keçən Balakən rayon sakini Əlixan Bayramov Qusar rayon sakini Ş.Həsənovun idarə etdiyi “Chevrolet” markalı avtomobillə vurulub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.