Həndbolçularımız beynəlxalq turnirdə yarışacaqlar

17 Fevral 2020 16:46 (UTC+04:00)

Fevralın 19-dan 25-dək Həştərxanda ikiqat Olimpiya çempionu V.A.Kudinovun xatirəsinə həndbol üzrə beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, 2002–2003-cü il təvəllüdlü oğlanlardan ibarət yığma komandamız yarışa dəvət alıb.

Beynəlxalq turnirdə iştirakın əsas məqsədi yığma komandamızın Monteneqroda keçiriləcək dünya çempionatına yüksək səviyyədə hazırlaşmasıdır.