MSK-nin iclası başlayıb

17 Fevral 2020 16:51 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkiləri ilə bağlı iclası başlayıb. SİA-nın məlumatına görə, iclası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıq elan edib.

O qeyd edib ki, iclasda seçkilərlə bağlı müraciətlərə baxılacaq İclasda 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə müracitin baxılması üçün dairə seçki komissiyasına göndərilməsi barədə qərar qəbul edilib. 51 saylı Qusar, 68 saylı Cəlilabad kənd, 98 saylı Şəmkir şəhər, 108 saylı Ağstafa, 24 saylı Nizami birinci və digər bir neçə seçki dairələri üzrə müraciətlər qanunvericilikdə nəzərdə tutulan müddət ötürülməklə göndərildiyi üçün baxılmamış saxlanılıb. 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə müraciət də aidiyyatı üzrə baxılması üçün dairə seçki komissiydıns göndərilib.