Savatçılarımız beynəlxalq turnirdə medal qazanıblar

17 Fevral 2020 16:42 (UTC+04:00)

Tbilisidə gənclər arasında savat (Fransa boksu) üzrə beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, yarışda ölkəmizi təmsil edən Əziz Əzizli (46 kq), Elvin Qurbanov (48 kq), Ömər Rahimov (50 kq), Həsən Həsənzadə (53 kq), Tural Baloğlanov (60 kq), Ümid Rəhimov (63), Kamil Balaşov (70 kq) və Seymur Yusifov (70 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Digər iki idmançımız Orxan Rzalı (46 kq) və Nəriman Vəliyev (63 kq) isə finalda uduzaraq gümüş medalla kifayətləniblər.

Turnirdə Gürcüstan, Azərbaycan, Qazaxıstan, İran və Ermənistan idmançıları iştirak ediblər.

Qeyd edək ki, yarışda milli komandamız Əməkdar məşqçi Taleh Nağızadənin rəhbərliyi altında mübarizə aparıb.