“Selfi erməni sözüdür", deyən Paşinyan gülünc durumda

17 Fevral 2020 15:51 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Baş naziri Mixail Mişustin ilə görüşüb. SİA görüşün video görüntülərinə istinadən xəbər verir ki, görüş zamanı erməni baş nazir rusiyalı həmkarından onunla selfi çəkdirməsini xahiş edib.

Video görüntülərdən göründüyü kimi M.Mişustin onun bu təklifini qəbul edib və selfi çəkdirildiyi zaman selfi sözünün erməni dilində tərcüməsini Paşinyandan soruşub. Bu zaman erməni baş nazir "selfi erməni sözüdür", deməklə yenə özünü gülünc duruma salıb.