Meksikada küçələr yenə qarışdı

17 Fevral 2020 15:23 (UTC+04:00)

Meksikada küçələr yenə qarışıb. Meksikanın cənubundakı Guerrero əyalətində polislə nümayişçilər arasında qarşıdurma olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, aksiyaya səbəb 2014-cu ilə 43 tələbənin yoxa çıxması ilə bağlı olub.

Qeyd edək ki, polislə nümayişçilər arasındakı toqquşmada 2-si polis olmaqla, 8 nəfərin yaralandığı bildirilib. Prokurorluq hadisə ilə əlaqədar istintaqın davam etdiyini açıqlayıb.