“Münxendən sonra Paşinyanın komandası yerin altına girdi. Möhtəşəm parlamentdən əsər əlamət qalmadı.“37 konstitusiyaya ibadət edənlərin” heç biri məsələ ilə bağlı fikir söyləmədilər”. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri sabiq erməni deputat "Altenativ layihələr" qrupunun üzvü Vahe Hovhannisyan Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri şərh edərkən deyib.
Onun sözlərinə görə, baş verənlər təkcə Paşinyanın faciəsi deyil, bu o deməkdir ki, ölkədə siyasi çoxluq, siyasi sistem, siyasi düşüncə yoxdur və buna görə də bu və digər məsələlərdə böyük bir uğursuzluğun qarşısını almaq üçün zəmanət yoxdur: “Bu çox ciddi məsələdir və bununla bağlı narahat olmaq lazımdır. Dövlətimizdə olan bu vəziyyət bizim üçün ən böyük riskdir. Bu o deməkdir ki, bugünkü siyasi düşüncə və mənbələr ölkəni irəliləyə apara bilməz”.
“Qarşımızda duran əsas sual Azərbaycanla qarşıdurma içində olub-olmamaqdan ibarətdir. Daha Qalib gələn tərəf daha tez modernləşən, sağlam siyasi təfəkkürə, sağlam cəmiyyətə sahib olan, müasir dövlət olacaq”.