Bu ölkədə koronavirusa 30-cu yoluxma qeydə alınıb

17 Fevral 2020 14:48 (UTC+04:00)

Cənubi Koreyada koronavirus COVID-2019-a 30-cu yoluxma halı qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən xəbər verilib.

Yeni yoluxmuş şəxs bundan əvvəl yoluxmuş xəstənin həyat yoldaşı 68 yaşlı Cənubi Koreya vətəndaşıdır. O, virus daşıyıcısı ilə yaxın əlaqədə olduğu üçün ev karantinində idi. Hazırda o Seul Universitetindəki xəstəxanada müalicə edilir.

Son məlumatlara görə, Cənubi Koreyada doqquz nəfər sağalaraq evə buraxılıb.