Hacıkənddə ağır yol qəzası baş verib

17 Fevral 2020 14:42 (UTC+04:00)

Kəpəz rayonunun Hacıkənd qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, fevralın 16-da saat 16 radələrində Kəpəz rayonunun Hacıkənd qəsəbəsi ərazisində Gəncə şəhər sakini Cəlal Mustafayev idarə etdiyi “Niva” markalı avtomobili yolun kənarındakı hasara vurub.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.