Bakıda avtomobillə vurulan piyada öldü

17 Fevral 2020 14:34 (UTC+04:00)

Nəsimi rayonunun A.Mustafayev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 16-da saat 20 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində Qusar rayon sakini Ş.Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Balakən rayon sakini Əlixan Bayramovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.