Goranboyda sex yanıb

17 Fevral 2020 14:32 (UTC+04:00)

Goranboy rayonunun Şahməmmədli kəndində ümumi sahəsi 300 m² olan quşçuluq sexinin tavanı yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, yanğın nəticəsində xəsarət alan olmayıb.