Avtobus piyadanı vurub öldürdü

17 Fevral 2020 14:23 (UTC+04:00)

Gəncə şəhəri Nizami küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 16-da saat 7 radələrində Gəncə şəhəri Nizami küçəsində Samux rayon sakini Əhməd Mustafayev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən şəhər sakini Eldar Abbasovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Gəncə ŞBPİ tərəfindən araşdırma aparılır.