Ərdoğanın səfərində bir sıra sənədlərin imzalanması planlaşdırılır

17 Fevral 2020 13:09 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində bir sıra sənədlərin imzalanması planlaşdırılır. SİA-nın diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, Agentliyin həmsöhbəti bildirib ki, imzalanması planlaşdırılan sənədlər arasında ticarət sahəsində əməkdaşlıqla bağlı müqavilə də var. O, həmçinin Türkiyə liderinin Bakıya səfərinin fevralın 25-nə planlaşdırıldığını deyib.

Səfər zamanı R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.