İspaniya La Liqasında 24-cü tur: "Real" xal itirdi

17 Fevral 2020 02:18 (UTC+04:00)

Futbol üzrə İspaniya La Liqasında 24-cü turun oyunları keçirilib.

SİA xəbər verir ki, bazar günü dörd qarşılaşma baş tutub.

Lider “Real” bu turda doğma azarkeşləri qarşısında “Selta”nı qəbul edib və xal itirib.

“Sevilya” da “Espanyol”la ev oyunundan xal itkisi ilə ayrılıb.

Sonuncu günə nəzərdə tutulan “Eybar” – “Real Sosyedad” matçı isə təxirə salınıb.

İspaniya La Liqası

24-cü tur

14 fevral

Valensiya – Atletiko 2:2

Qol: Qabriel, 40. Kondoqbia, 59 – Lyorente, 15. Tomas, 43.

15 fevral

Malyorka – Alaves 1:0

Qol: X.Ernandes, 63.

Barselona – Xetafe 2:1

Qol: Qrizmann, 33. S.Roberto, 39 – Anxel, 6.

Vilyarreal – Levante 2:1

Qol: Moreno, 9. Qomes, 61 – Mayoral, 56.

Qranada – Valyadolid 2:1

Qol: Puertas, 81. Fernandes, 90+6 – Qvardiola, 56.

16 fevral

Sevilya – Espanyol 2:2

Qol: Okampos, 15. Suso, 80 – Embarba, 35. Lei, 50.

Leqanes – Betis 0:0

Eybar – Real Sosyedad matçı təxirə salınıb

Atletik – Osasuna 0:1

Qol: Oyer, 29.

Real – Selta 2:2

Qol: Kroos, 52. Ramos, 65-pen – Smolov, 7. Mina, 85.

24 turdan sonra Zinəddin Zidanın komandası 53 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Barselona" 52 xalla 2-ci, "Hetafe" 42 xalla 3-cüdür.