Sərbəst güləş üzrə millimiz komanda hesabında Avropa ikincisi olub

17 Fevral 2020 01:46 (UTC+04:00)

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına yekun vurulub.

SİA xəbər verir ki, Yarışın son günlərində sərbəst güləşçilər mübarizə aparıb. Yığmamız qitə birinciliyində 5 medal qazanıb. Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib.

Bu nəticə İlə millimiz 116 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub. Rusiya 186 xalla çempionluğu təmin edib. İlk "3-lüy"ü 95 xal yığan Gürcüstan qapayıb.