Mingəçevirdə gənc oğlan reseptsiz içdiyi dərmandan zəhərlənib

16 Fevral 2020 21:55 (UTC+04:00)

Mingəçevirdə gənc oğlan reseptsiz içdiyi dərmandan zəhərlənib.

SİA xəbər verir ki, hadisə İsmət Qayıbov küçəsi 3/1 ünvanında baş verib.

1994-cü il təvəllüdlü şəhər sakini Seyildli Çingiz Ayaz oğlu həkim məsləhəti olmadan 10 ədəd bitki mənşəli dərman preparatı qəbul edib. Nəticədə zəhərlənərək halsız vəziyyətə düşən gənc xəstəxanaya yerləşdirilib.