Şəmkirdə ağır yol qəzası - 3 nəfər hadisə yerində öldü

16 Fevral 2020 23:06 (UTC+04:00)

Şəmkir rayonunda ağır yol qəzası qeydə alınıb.

SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Əli Yaqublu kəndində baş verib.

İlkin məlumata əsasən, qəzada iki nəfər həyatını itirib.bbunlar, 1987-ci il təvəllüdlü Həsənov Əli Mürsəl oğlu və 1985-ci il təvəllüdlü Aslanov Elmədin Mehbalı oğludur.

Qəza nəticəsində, həmçinin, 4 nəfər - 1984-cü il təvəllüdlü Ağalarov Şahin Əbülfəz oğlu, 1998-ci il təvəllüdlü Əsgərov Anar Mirzə oğlu, 1998-ci il təvəllüdlü Həsənov Elvin Bayram oğlu və 1998-ci il təvəllüdlü Mərdanov Fərid Arzu oğlu. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Vəziyyəti ağır olanların yaxın saatlarda Gəncədə yerləşən özəl xəstəxanalardan birinə aparılacağı bildirilir.

Hazırda hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları araşdırılır.

İlham Məmmədov