Xalq artisti Zabit Nəbizadə Tehranda konsert proqramı ilə çıxış edib

16 Fevral 2020 22:29 (UTC+04:00)

Fevralın 16-da Azərbaycan Respublikasının Xalq artisti Zabit Nəbizadə Tehranda konsert proqramı ilə çıxış edib.

SİA xəbər verir ki, İranda keçirilən 35-ci Fəcr Musiqi Festivalı çərçivəsində bu şəhərdə qastrol olan xanəndə “Niyavəran” mədəniyyət sarayında konsert verib.

Konsertdə “Zabul-segah” dəsgahı, xalq mahnıları, təsniflər, o cümlədən Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, aşıq havası “Döymə Kərəmi”, “Dilkeş təsnifi” ifa olunub.

Konsert proqramı maraqla qarşılanıb.