Bakı Şəhər Baş Polis İdarəsi məlumat yaydı

16 Fevral 2020 15:51 (UTC+04:00)

Bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq, saat 15:00 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınaraq, həmin şəxslər ərazidən kənarlaşdırılıb.

Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.